Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı məsafəli dəyirmi masa keçirilib

05.04.2022

05.04 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində  "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" adlı məsafəli dəyirmi masa keçirildi.Tədbirdə şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Əlizadə Gültəkin , Məmmədova Sənayət şəhər kitabxana filialının işçiləri Gözəlova Bahar, Ələkbərova Samirə, Mirzəyeva Fatma və şəhər bədii qiraət dərnəyinin üzvləri Əliyeva Nigar, Məmmədzadə Səidə, Həsənli Fatimə, Xəlilova Aynişan, Əsgərova Adina iştirak edirdi.İlk öncə aprel döyüşləri zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq bildirdi ki, Aprel döyüşləri bizim şanlı qələbənizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Tədbirin davamında şəhər Mədəniyyət evinin metodisti Əlizadə Gültəkin  söylədi ki, aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan  bayrağı dalğalanır.Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı  və dövləti heç vaxt  işğalla barışmayacaq, öz ərazi bütövlüyünü  nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Sonda şəhər bədii qiraət dərnəyinin üzvləri şəhidlər haqqında şerlər söylədilər.

 

139.4 KB

 

119.4 KB

 

129.7 KB